Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı faciəsi – erməni xisləti

0



  •      



                  Tarix boyu dünya bir çox
    soyqırımların şahidi olmuşdur. Bu soyqırımı hər kəs tanıyır və öz adı ilə -
    “genosid” deyə qeyd edirlər. Ancaq nədənsə dünyanın ən müasir genosidi - Xocalı
    genosidi öz adı ilə çağırılmır. Bəlkə bizik haqsız, Xocalıda baş verənlər adi bir
    hadisə idi, ermənilər Xocalı sakinlərini istəməyərəkdən məhv etmişdilər?




                Erməni şovinistləri bizdən nə
    istəyir, torpaq? Əgər belədirsə onlar mühasirədə olan Xocalını tərk etmək
    məcburiyyətində olan dinc əhalini nə üçün qırdılar? Axı onlar ermənilərin
    şəhəri işğalına heç cürə mane ola bilməzdilər. Demək məsələnin arxasında başqa
    mətləblər yatır – genosid.



                Başqa bir misal deyirlər, Azərbaycanda minlərlə erməni yaşayır, ancaq Ermənistanda bir nəfər olsun
    azərbaycanlı yaşamır. Qarabağda bir nəfər soydaşımız qalmamışdır. Əslində bu
    fikirlər yanlışdır, bəs harda “yaşayır” bizim əsirlər? ...Orası da düzdür, əgər
    yaşayırlarsa.  Xocalı və digər işğal edilmiş ərazilərimizdən minlərlə
    insan əsir götürülmüşdür, hardadır onlar? Dərdlərinin torpaq olduğunu dünyaya
    sırıyan bu vandallar bizim əsirləri bəs nə üçün qaytarmırlar? Bunun da bir
    cavabı var mümkün qədər daha çox türk öldürmək, yəni genosid.


                Bizi
    erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər
    təccübləndirməməlidir. Məqsədləri naminə öz qız-gəlinlərini “fəda etməyi
    bacaran” bu qövmdən axı nə gözləmək olar. Bizi maraqlandıran dünya
    ictimaiyyətidir. Bəlkə onlar da erməni kimi düşünür? Mənə elə gəlir ki, dünya
    ictimaiyyəti bizə gün ağlamayacaq. Bunu ATƏT nümayəndələrinin tutduğu mövqedən də
    bilirik. Torpaqlarımızı ancaq özümüz azad etməliyik.

                                                                                                            Qalib BƏYMƏMMƏDOĞLU
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib44 dəfə
    Xocalı faciəsi erməni xisləti

    Maraqlı gələ bilər
    53
    9